Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“TBT2” teleskopu Yeri asteroidlərdən qoruyacaq

“TBT2” teleskopu Yeri asteroidlərdən qoruyacaq

Tarix: 28 Aprel 2021 11:33

Avropa Cənub Rəsədxanası (European Southern Observatory, ESO) Yer kürəsi üçün potensial təhlükə törədən obyektlərin axtarışı üçün nəzərdə turulan “TBT2” (Test-Bed Telescope 2) eksperimental teleskopunu istifadəyə verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “TBT2” teleskopu “ESO” və Avropa Kosmik Agentliyinin əməkdaşlığının nəticəsidir. 56 metrlik teleskop Avropa Cənub Rəsədxanasının Çilidə yerləşən “La Silya” rəsədxanasında quraşdırılıb. O, İspaniyanın Sebreros bələdiyyəsindəki “ESA”nın uzaq kosmosun müşahidəsi yerüstü stansiyasında quraşdırılan “TBT1” teleskopu ilə birlikdə fəaliyyət göstərəcək.

 

İşə salınan teleskopun əsasında yeni səmanın skan edilməsi və yerətrafı obyektlərin aşkarlanması texnologiyası sınaqdan keçiriləcək. Sistem planetə təhlükə yaradacaq asteroidləri müəyyənləşdirməyə kömək edəcək.

 

“TBT” layihəsi “ESA” tərəfindən sürətlə hərəkət edən səma obyektlərinin axtarışı və izlənilməsi üçün hazırlanan gələcək “Flyeye” teleskopunun proqram və aparat hissələrinin testi üçün hazırlanıb. Şəbəkə tam robotlaşdırılacaq, onun proqram təminatı isə müşahidələri real vaxtda avtomatik idarə etməyə imkan verəcək. Beləliklə, potensial təhlükəli yerətrafı cisimlərin vaxtında aşkarlanması imkanları xeyli artacaq.

 

Nizam Nuriyev




Etiketlər:  TBT2 teleskopu Yeri asteroidlərdən qoruyacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ