Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusu bir saniyəyə məhv etməyə imkan verən üsul tapıldı

Koronavirusu bir saniyəyə məhv etməyə imkan verən üsul tapıldı

Tarix: 28 Aprel 2021 14:34

Texasın A&M universitetinin bir qrup tədqiqatçısı SARS-CoV-2 virusunu bir anın içində məhv etməyə imkan verən məmulat yaradıb. 

Milli.Az lenta.ru-ya istinadən məlumat verir ki, alimlərin əldə etdikləri nəticələr Phys.org saytındakı press-relizdə dərc olunub. Paslanmayan poladdan hazırlanmış bu boru seksiyasına koronaviruslu məhlul tökülür. Cihazı 72 dərəcə Selsiyədək qızdırdıqda, virusun titri cəmi yarım saniyə ərzində 100 min dəfə azalır. Bu isə patogeni neytrallaşdırmaq üçün kifayətdir.

Tədqiqatçıların məlumatına görə, termik işlənmə bu üsuldan mövcud isitmə, havalandırma və kondisioner sistemlərində istifadə etməyə imkan verəcək.

Milli.Az


Etiketlər:  Koronavirusu saniyəyə məhv etməyə imkan verən üsul tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ