Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 15:15
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.
Qeyd edək ki, Telman İbadov 2020-ci il Naxçıvan Ali Məclisinə seçimlərində 45 saylı Aza dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olub və deputatı seçilib.
Həmçinin, İlham Qafarov 1 saylı Tibbi Klinik Mərkəzin direktoru vəzifəsindən azad edilib.
Sonxeber.net APA-ya istinadla bildirir ki, bu barədə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. R.Bayramlının digər əmri ilə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub. İlham Qafarov 1 saylı Tibbi Klinik Mərkəzin direktor muavini vəzifəsinə keçirilib.