Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2021 15:06
Əksəriyyətimiz hər gün tıxaca düşüb vaxt itkisindən gileylənirik. Dünyanın böyük şəhərlərində insanlar bundan qurtulmaq üçün velosiped və motosikletlərə üstünlük verirlər. Son vaxtlar Bakının küçə və prospektlərində də belə nəqliyyat vasitələrinə rast gəlirik. Artıq paytaxtda motosiklet sürücüləri insanları mənzil başına daha tez çatdırmaq üçün yeni xidmət növü də yaradıblar.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, ölkəmizdə taksilərə yeni rəqib gəlir. Bakıda mototaksilər fəaliyyətə başlayıb.
Mototaksi xidmətindən Türkiyə, İtaliya, İdoneziya, İran kimi ölkələrdə də geniş istifadə olunur. Xidməti təşkil edən Rövşən Əliyev deyir ki, bu sahəni inkişaf etdirmək üçün Türkiyə təcrübəsindən yararlanmaq niyyətindədir.Onun sözlərinə görə gün ərzində 8-10 müştərisi olur.Xidmətdən istifadə edənlər arasında adrenalin sevən gənclər daha çox üstünlük təşkil edir.
Bu xidmət yeni yarandığı üçün sifarişlər hələ ki, votsap vasitəsi ilə qəbul edilir. Xidmətin hazırda 12 sürücüsü var. Rövşən Əliyev bildirdi ki, işlə bağlı müraciət edənlər çox olsa da, təhlükəsizlik qaydalarına görə etibar etdiyi şəxslərə üstünlük verir.Onların fəaliyyətə başlaması isə taksi sürücüləri tərəfindən xoş qarşılanmayıb.
Rövşən Əliyev vurğuladı ki, mototaksilərə təlabat yay aylarında daha çox olur. Sürücülər Küləkli və yağışlı havada motoskilet idarə etmək təhlükəli olduğu üçün fəaliyyət göstərmirlər.