Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cütlük koronavirus konsertinə dəvət olundu - Bayden də orada olacaq

Cütlük koronavirus konsertinə dəvət olundu - Bayden də orada olacaq

Tarix: 28 Aprel 2021 18:00

Harri və Meghan COVİD-19 peyvəndi ilə bağlı təşkil ediləcək konsertə qatılacaq.

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb. 

Cütlük yoxsulluğa qarşı "Global Citizen" mübarizə qrupunun hazırladığı "Vax Live" kampaniyasının rəhbərləri seçilib.

ABŞ prezidenti Co Baydenin də iştirak edəcəyi konsertin aparıcısı pop ulduzu Selena Gomezdir.

"Hamımız qalib gələcəyik, təhlükəsizliyimiz təmin olunacaq. Hər kəs asanlıqla peyvənd olunacaq", deyə Harri və Meghan qeyd edib.

"Aşıların bərabər paylanması istiqamətində çalışmalı və bununla da insanlığımıza inamı bərpa etməliyik. Bundan daha vacib missiya ola bilməz". 

Tədbir bu bazar günü Los-Ancelesdəki SoFi stadionunda keçiriləcək və 8 may tarixində yayımlanacaq.

Milli.Az


Etiketlər:  Cütlük koronavirus konsertinə dəvət olundu Bayden orada olacaq


RƏYLƏR