Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-terapevt: COVID-19-un dinamika və klinik gedişində müəyyən dəyişikliklər var

Həkim-terapevt: COVID-19-un dinamika və klinik gedişində müəyyən dəyişikliklər var

Tarix: 28 Aprel 2021 21:06

Yaz fəslinə keçid mövsümi xəstəliklərin yaranmasına səbəb olur. Xüsusilə tənəffüs yolu xəstəlikləri ilə əlaqədar meydana çıxan narahatlıqlar - asqırma, öskürmə və boğaz ağrısı ilə qarşılaşdıqda daha çox yeni növ koronavirusa (COVID-19) yoluxmaq ehtimalından şübhə hissi yaranır. Lakin belə əlamətlər mövsümi xəstəliklərlə də əlaqədar ola bilər.

Sonxeber.net bildirir ki, həkim-terapevt Taleh Abbasov AZƏRTAC-a deyib: "Koronavirusun başqa növləri hər il mövcuddur və soyuqdəymə xəstəliyi törədir. Soyuqdəymə xəstəliklərinin böyük əksəriyyətində bəlğəmli öskürək, yuxarı tənəffüs yollarının qıcıqlanması, burun axması, odenomiya, əzələlərdə yorğunluq, ağrı və s. əlamətlər özünü göstərir".

Həkim-terapevt onu da deyib ki, istər COVID-19-un, istərsə də mövsümi xəstəliklərin spesifik fərqli əlamətləri yoxdur: "COVID-19 xəstəliyində iybilmə və dadbilmə reseptorlarının itməsi spesifik deyil, yəni bu, bütün xəstələrdə olmur. COVID-19-un dinamika və klinik gedişində müəyyən dəyişikliklər var. Məsələn, əvvəllər yüksək hərarət müşahidə olunmurdusa, indi həmin hal baş verir. Əvvəllər xəstəlik uşaq, gənc və yeniyetmələrdə əlamətsiz keçirdisə, indi müəyyən əlamətlərlə-yüksək hərarət, ürəkbulanma, qusma və s. müşahidə olunur. Bütün bunlar mutasiya olunmuş virusun yeni xüsusiyyətləri ilə əlaqədardır".

Qızdırma, öskürək, tənəffüs çətinliyi olanlar mütləq həkimə müraciət etməlidirlər. İmmuniteti gücləndirmək üçün mövsümə uyğun meyvə-tərəvəz yeyilməli, şirniyyatdan uzaq durmalı, çoxlu maye içilməli, gigiyenik qaydalara əməl olunmalıdır.


Etiketlər:  Həkim terapevt COVID dinamika klinik gedişində müəyyən dəyişikliklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ