Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2021 15:30
"Xoşbəxtlik pulda deyil" cümləsi bu gün üçün mənasızdır. Sevgini də, hörməti də, sağlamlığı da, xoşbəxtliyi də yalnız pulla almaq mümkündür. Pulun varsa, xəstələnəndə ən yaxşı xəstəxanada müalicə ala bilirsən, ən bahalı (Avropa üçün istehsal olunan) dərmanı ala bilirsən. Övladının istək və arzularını həyata keçirib onu sevindirirsən və özün onun sevincindən xoşbəxt olursan".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi bildirib ki, insan həyatda hər şeyə pulla sahib olur:
"Sevgilinlə ən gözəl yerlərdə şam yeməyi, alış-veriş, səyahət hər ikinizi xoşbəxt edir. İdmanla məşğul ola bilirsən, hətta idman zalları bağlı olsa da. Çünki öz evində idman zalı qurmaq imkanın var, məşqçi də sənin evinə gəlir.
Haqsızlığa uğrayanda ən yaxşı hüquqşunası özünə vəkil edə, haqqını tələb edə bilirsən. Kasıbların heç adi vəkilə belə verəcək artıq pulu olmur. Haqq-ədalət onlar üçün çox vaxt yalnız filmlərdə səslənən kəlmələrdir.
Çalışın varlı olun, yaxşı insan olmasaz da olar. Pulunuz varsa, hamı sizə "xanım", "bəy" deyə müraciət edib yaltaqlanacaq. Pulunuz varsa, xoşbəxt ola bilərsiz. Xoşbəxt insanın isə sizin onun haqqında nə düşündüyünüz heç vecinə deyil. O, heç sizi düşünmür də.
Həyatda puldan başqa ən vacib olan isə uğurdur. Hər bir işdə uğurun rolu böyükdür. Özümə və sizə varlı və uğurlu olmağı arzu edirəm".