Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xırdalanda avtobus sürücüsünü döyən şəxsin üzr VİDEOsu yayıldı

Xırdalanda avtobus sürücüsünü döyən şəxsin üzr VİDEOsu yayıldı

Tarix: 30 Aprel 2021 12:34

Xırdalanda avtobus sürücüsünü döyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sonxeber.net-a verilən xəbərə görə, aprelin 29-da Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusda sərnişinlə sürücü arasında baş vermiş insidentin görüntüləri sosial şəbəkələrdə yayımlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov məsələ ilə əlaqədar bildirib ki, dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxsin 17 yaşlı Orxan Abbasov olması müəyyən edilərək İdarəyə dəvət olunub. O, törətdiyi əməli etiraf edib və peşiman olduğunu bildirib. Polis əməkdaşları tərəfindən O.Abbasovla profilaktiki söhbətlər aparılıb və o, xəbərdarlıq edilərək sərbəst buraxılıb.


Etiketlər:  Xırdalanda avtobus sürücüsünü döyən şəxsin üzr VİDEOsu yayıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ