Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 13:48
Joze Mourinyo yenidən İspaniya La Liqasında çalışa bilər.
Qol.az-ın "Mundo Deportivo" nəşrinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis "Valensiya"nın sükanı arxasına keçməyə əsas namizədlərdən biri hesab olunur.
Klubun sahibi Piter Limin baş direktor Mateu Alemanini istefaya göndərmək istədiyi, onun mümkün gedişindən sonra isə komandanın hazırkı çalışdırıcısı Marselino Toralın da qovulacağı iddia olunur. Onun yerinə isə Mouronyonun gətiriləcəyi bildirilir. Təcrübəli çalışdırıcının meneceri Jorje Mendeşin P. Limlə yaxşı münasibətdə olması da bu təyinatın gerçəkləşməsində həlledici rol oynaya bilər.
Qeyd edək ki, "Portu", "Real" və "İnter"in kimi klubları çalışdırmış Mourinyo son olaraq "Mançester Yunayted"də işləyib. O, ötən ilin dekabrında ingilis klubundan göndərilib.