Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 17:20
Ermənistan ordusunu modernləşdirmək üçün yeni istiqamətlərə diqqət yetirmək lazımdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin deputatu Arman Babacanyan deyib.
Parlamentin tribunasına əlində qaloşla gələn Babacanyan ölkə rəhbərliyini tənqid edib:
"Bu, Rusiya istehsalı qaloşlardır. Siz qaloşu modernləşdirmək, onda reform aparmaq istəyirsiniz. O, modifikasiya olunmuş, modernləşmiş, "İT qaloş" olacaq, amma yenə də qaloş olacaq. Hesab edirəm ki, bizim ordumuzun modernizasiyasında əsas mandat Rusiyaya verilməlidir, amma son hadisələr, "erməni soyqırımı" ilə bağlı reallıqlar nəzərə alınarsa, Ermənistanın manevrlər edib, digər istiqamətlərə baxmaq şansı da olmalıdır. Ermənistanın gələcəyini boğmayın".