Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 22:27
Vaksinasiyadan və ya koronavirusa yoluxduqdan sonra bədəndə yaranan antikorların hamısı bir insanı təkrar infeksiyadan qoruya bilməz.
Sonxeber.net Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri immunoloq Nikolay Kryuçkov söyləyib. Onun sözlərinə görə, antikorların yalnız ən kiçik hissəsi qoruyucu funksiyalara malikdir.
"Antikorların çoxunun, ən azından əhəmiyyətli bir hissəsinin qoruyucu xüsusiyyətləri yoxdur", - həkim açıqlamasında bildirib.
Həkim izah edib ki, antikorların çoxu virusun antigenləri ilə birləşir, ancaq onu təsirsiz hala gətirə bilmir. Və belə bir fürsətə sahib olan daha kiçik hissə ikinci bir xəstəlikdən qorunmaq üçün kifayət etmir. Buna görə vaksinasiyadan sonra da profilaktik tədbirlərə laqeyd yanaşmaq olmaz. Eyni zamanda Kryuçkov antikorların əksər hallarda xəstəliyin ağır gedişatının təkrarlanmasını istisna etdiyini açıqlayıb. Həkim ilk növbədə zəif immuniteti olan insanların yenidən infeksiyaya həssas olduğunu qeyd edib.
"Söhbət birincil və ya ən çox görülən ikincil immun çatışmazlığı diaqnozu qoyulanlardan gedir. Bunlar, məsələn, immunosupressiv dərmanlar qəbul edən insanlardır. İmmunitet reaksiyası otoimmün xəstəliklərdə, onkoloji xəstəliklərdə, ağır xroniki xəstəliklərdə də azalır", - mütəxəssis əlavə edib. (publika.az)