Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2021 07:56
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı "Moderna" peyvəndini (mRNA 1273) fövqəladə hallarda istifadə üçün tövsiyə olunan siyahıya daxil edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ÜST-ün bəyanatında qeyd edilib.
Bildirilib ki, bu, ÜST tərəfindən sözügedən siyahı üçün təsdiqlənən beşinci peyvənddir.
Qeyd edək ki, ÜST mütəxəssisləri peyvəndin 18 yaşdan yuxarı xəstələr üçün istifadə edilməsini tövsiyə edir. ÜST qiymətləndirmələrinə görə, peyvəndin effektivliyi 94,1 %-dir.