Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Reyhan Camalova seçimini etdi

Reyhan Camalova seçimini etdi

Tarix: 1 May 2021 19:48

Xəbər verdiyimiz kimi, dünyanın ən məşhur dərgilərindən olan "Forbes" jurnalının yaşı 30-dan aşağı olan 30 ən istedadlı ixtiraçı və innovatorları siyahısına daxil edilən azərbaycanlı Reyhan Camalova ABŞ və Kanadanın bir neçə nüfuzlu universitetinə qəbul olunmuşdu.

R.Camalova artıq təklif olunan yeddi universitet arasından seçim edib.

Həmyerlimiz ABŞ-ın Pensilvaniya Universitetində Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi təhsil alacaq.

Qeyd edək ki, Reyhan Camalova "ClimateLaunchpad Azerbaijan" proqramının məzunudur. O, 2017-ci ildə, 15 yaşında yağışdan elektrik enerjisi əldə edən "Rainergy" qurğusunu ixtira edib.

Milli.Az


Etiketlər:  Reyhan Camalova seçimini etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ