Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2021 20:30
44 günlük İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan təbliğatı Azərbaycanın tərəfində guya "Yaxın Şərqdən gətirilmiş terrorçuların" döyüşdüyü haqda hər gün hay-küy salırdı. Və bunun sübutu kimi irəli sürülən "dəlillərdən" biri də bu idi ki, hücuma keçən Azərbaycan ordusu sıralarından "Allahü Əkbər" sədaları eşidilir. Bu isə düşmən təbliğatçılarının nəzərincə, Azərbaycan ordusunun sıralarında "İŞİD-çilərin döyüşdüyünə" birbaşa "sübut" idi.
Sonxeber.net oxu24.com-a istinadən xəbər verir ki, görünür ermənilər unutmuşdular ki, Azərbaycan müsəlman ölkəsidir və bir müsəlmanın üçün döyüşə "Allahü Əkbər" sədaları ilə girməsi çox təbiidir. Sonradan qazilərimiz öz döyüş xatirələrində düşmənin üstünə "Allahü Əkbər" deyərək necə şığıdıqlarını, bölmələrin bir çoxunun parolunun məhz "Allahü Əkbər "olduğunu, düşmənin təkbir sədalarını eşidəndə necə qorxuya düşüb qaçdıqlarını danışırdılar.
İndi sosial şəbəkələrdə bir qrup döyüşçünün düşmənin güllə yağışı altında "Allahü Əkbər" hayqıraraq yüksəkliyə doğru necə irəlilədiyini, ora Azərbaycan bayrağını sancdıqlarını əks etdirən görüntülər yayılıb.