Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş icra başçısı oğlunun şəhid olduğu yerə getdi

Keçmiş icra başçısı oğlunun şəhid olduğu yerə getdi

Tarix: 4 May 2021 10:40

Vətən Müharibəsi şəhidi Səid Rəşidzadənin atası Nofəl Qasımov oğlunun şəhid olduğu Hadruta gedib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 3 gün öncə doğum günü olan N.Qasımov özəl gününü övladının şəhid olduğu məkana səfər etməklə keçirib.

Füzuli rayonunun keçmiş icra başçısı olan Nofəl Qasımov oğlu Səid Rəşidzadənin uşaqlıq və məzar daşı fotolarını paylaşaraq bu qeydi yazıb: "Məni təbrik edənlərin hamısına minnətdaram, getmişdim oğlum Səidin şəhid olduğu Şişqayaya, Səidin sancdığı bayrağı dəyişməyə, yəni Hadruta.

Getdim və gəldim! Mən ömürümdə heç kimə həsəd aparmamışam, ancaq Şişqayaya qalxanda, oğlum Səidə həsəd apardım. İlahi bunlar bura necə çıxıblar?"

Qeyd edək ki, baş leytenant Səid Rəşidzadə oktyabrın 11-də Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Daha sonra Prezidentin sərəncamı ilə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.


Etiketlər:  Keçmiş icra başçısı oğlunun şəhid olduğu yerə getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ