Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzaya uğramış hərbi təyyarənin axtarışına Türkiyəli mütəxəssislər cəlb edilib (FOTO)

Qəzaya uğramış hərbi təyyarənin axtarışına Türkiyəli mütəxəssislər cəlb edilib (FOTO)

Tarix: 31 Iyul 2019 18:51

Bakı. Trend:

Azərbaycanda qəzaya uğramış hərbi təyyarənin axtarışına Türkiyəli mütəxəssislər cəlb edilib. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, bu gün Bakıya gələn Türkiyə Respublikasının aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qəzaya uğramış hərbi təyyarənin axtarışına Türkiyəli mütəxəssislər cəlb edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ