Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 11:50
Mahir Emreli Polşanın "Legiya" klubu ilə razılığa gəlib.
Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Varşava təmsilçisi müqavilə imzalamağa hazırlaşır. "Legiya" Emreliyə illik 300 min avro məbləğində maaş və 3 illik müqavilə təklif edib. Bundan əlavə, klub tərəfindən Azərbaycan millisinin üzvünə aşağıdakı təkliflər olunub:
1. Polşada titullar qazanmaq və Avropada çıxış etmək.
2. Varşavada çox yaxşı yaşayış şəraiti.
3. Maksimum 2 mövsümdən sonra yüksək qiymətə satış potensialı.
4. "Legiya"nın ən çox qazanan futbolçusu olmasa da, yaxşı maaş təklifi (300 min avro).
Qeyd edək ki, 2015-ci ildən "Qarabağ"ın şərəfini qoruyan Mahir Emreli cari mövsüm 16 qol vurub.
"Legiya" klubu Polşa çempionatında 2020-21 mövsümü üzrə çempionluğunu rəsmiləşdirib.