Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 15:46
Filippin xarici işlər naziri Teodor Loksin Çindən Cənubi Çin dənizindəki mübahisəli akvatoriyadan öz gəmilərini çəkməsini tələb edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Tvitterdə yerləşdirdiyi tələbində Loksin Çinə təhqiramiz ifadə işlədib.
"Mənim çinli dostlarım, nəzakətli formada ifadə etsəm... buradan çıxın (GET THE FUCK OUT). Bizim dostluğumuz üçün nə edirsiniz? Heç nə", - deyə o bildirib.
Loksin, həmçinin Çinin diplomatik dilə reaksiya vermədiyini və Pekinə 2016-cı ildən indiyə qədər 20 rəsmi şikayət verdiklərini deyib.
Qeyd edək ki, Çinlə Filippin arasında Cənubi Çin dənizində mübahisəli ərazilər var. Pekin bir neçə ildir bu ərazilərə öz hərbi gəmilərini yerləşdirib.