Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni “Xiaomi” smartfonu Brüs Liyə həsr edilib

Yeni “Xiaomi” smartfonu Brüs Liyə həsr edilib

Tarix: 4 May 2021 19:32

"Xiaomi" şirkəti "Redmi K40" smartfonunun Brüs Liyə həsr edilən xüsusi versiyasını təqdim edib. Bu barədə Çinin "MyDrivers" nəşri məlumat yayıb.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yeni smartfon xüsusiyyətlərinə görə orijinal qurğudan fərqlənmir. Lakin sarı-qara rəngli korpusa malik qurğunun arxa panelində "Brüs Li kunq-fu kralıdır" (Bruce Lee - king of kung fu) yazısı həkk olunub. "Redmi K40 Bruce Lee Special Edition" smartfon dəsinə qoruyucu çərçivə, enerjidoldurma adapteri və kabel daxildir - bütün aksesuarlar sarı rəngdədir.

Bundan başqa, smartfon qutusuna əfsanəvi döyüş ustasına həsr olunan broşür qoyulub. Xüsusi "Redmi K40" versiyası 12 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaşlı olmaqla bir versiyada təklif olunur. Çin bazarında satışa çıxarılan smartfonun qiyməti 2799 yuan təşkil edir.

Qeyd edək edək ki, Brüs Li Honkonq döyüş ustası və kinoaktyordur. O, 20 iyul 1973-cü ildə 32 yaşında bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Fevralda təqdim olunan orijinal "Redmi K40" smartfonunun qiyməti 310 dollardan başlayır.


Etiketlər:  Yeni Xiaomi smartfonu Brüs Liyə həsr edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ