Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 20:48
"Apple" qulaqcıqlarının satış həcmi bazarda yüksək rəqabət səbəbindən azalıb. Bu barədə "Nikkei" agentliyi məlumat yayıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Apple" şirkəti 2021-ci ildə "AirPods" simsiz qulaqcıqlarının istehsalını 25-30 faiz azaltmaqla bağlı qərar qəbul edib. Bu, bazarda artan yüksək rəqabət və simsiz qarniturun satışının azalması ilə əlaqələndirilir. ABŞ şirkəti 110 milyon qulaqcıq tədarük etməyi planlaşdırdığı halda indi 75-85 milyon ədəd istehsal etməyə hazırlaşır.
Şirkətdə vəziyyətdən məlumatlı mənbə bildirib ki, tədarük həcmində ən çox azalma ilin ikinci rübünün sonunda və üçüncü rübünün əvvəlində gözlənilir. "Elektronika mağazalarında "AirPods" ehtiyatları çoxdur, tələbat isə gözlənildiyindən aşağıdır", - insayder qeyd edib. Digər mənbənin sözlərinə görə, şirkət ilin sonunda təqdim ediləcək yeni nəsil qulaqcıq hazırlayır. "Apple" nümayəndələrinin fikrincə, yenilənmiş qarniturun buraxılışı qulaqcıqların populyarlaşmasının yeni dalğasına səbəb olacaq.
"Counterpoint Research" tədqiqat şirkətinin məlumatına görə, "Apple" şirkəti 2020-ci ildə satışa 72,8 milyon ədəd qulaqcıq çıxarıb. Şirkət bu seqmentə başçılıq edərək 31 faiz paya sahib olub. İlin son üç ayında daşınan qurğular - "AirPods" və "Apple Watch" ABŞ-ın İT nəhənginə 12,97 milyard dollar gəlir və ya ümumi gəlirin 11 faizini qazandırıb.