Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Agsuda silsilə oğurluqlar edən şəxs saxlanıldı

Agsuda silsilə oğurluqlar edən şəxs saxlanıldı

Tarix: 31 Iyul 2019 22:39

Bakı. Elçin Mehdiyev - Trend:

Oğurluqda şübhəli bilinən Ağsu şəhər sakini T.Rəhimov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Rəhimov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 5 evdən ümumilikdə 2720 manat və 5000 rubl (135manat), 4850 manat dəyərində qızıl və gümüş əşyalar, habelə 2 ədəd qol saatı oğurlaması da müəyyən edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Agsuda silsilə oğurluqlar edən şəxs saxlanıldı


RƏYLƏR