Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Salah üçün 80 milyon avro

Salah üçün 80 milyon avro

Tarix: 6 May 2021 17:18

Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə uduzaraq (ümumi 4:1) turnirlə vidalaşan PSJ-nin əsas futbolçularından biri Kilian Mbappenin komandada qalıb-qalmayacağı sual altına düşüb.

Mİlli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi artıq "B" planını hazırlayıb.

Belə ki, paytaxt klubu fransalını "Liverpul"un misirli ulduzu Məhəmməd Salahla əvəzləməyə hazırlaşır. 28 yaşlı forvardın da "mersisaydlılar"ın heyətində qalmağa müsbət yanaşmadığı yazılır.

PSJ Salah üçün "Liverpul"a 80 milyon avro təklif etməyə hazırlaşır. Klub Mbappenin satışından isə 110 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, Salahın "Liverpul"la müqaviləsi 2023-cü ilə qədərdir.

Milli.Az


Etiketlər:  Salah üçün 80 milyon avro


RƏYLƏR