Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2021 22:12
Volkswagen şirkəti ID ailəsinin auditoriyasını "qaynar" elektrokarların köməyi ilə genişlətməyə ümid edir.
Belə elektromobillərdən biri Volkswagen ID.3 hetçbekinin ikimühərrikli tam ötürməli "qaynar" versiyası ola bilər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, belə bir "qaynar" hetçbekin işıq üzü görəcəyi barədə məlumat 2019-cu ilin sentyabrında, adi hetçbekin təqdimatından dərhal sonra peyda olmuşdu. O zaman, "qaynar" elektromobilin tam ötürməli idman avtomobilləri üçün ənənəvi olan R indeksi ilə işarələnəcəyi ehtimal olunurdu, lakin istehsalçı ayrıca GTX subbrendini yaradaraq, "qaynar" hetçbek barədə söz-söhbəti yenidən canlandırıb.
Volkswagen şirkəti cari ilin ikinci yarısında təqdim ediləcək ID.5 kupe-krossoverinin də GTX versiyasına sahib olacağını artıq təsdiqləyib. Yeni elektrokar MEB arxitekturası üzərində inşa edilmiş premium Audi Q4 Sportback e-tron modelinin bənzəri olacaqdır.