Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin ilə Trump arasında telefon danışığı olub

Putin ilə Trump arasında telefon danışığı olub

Tarix: 1 Avqust 2019 08:48

Bakı. Trend:

Vladimir Putin və Donald Trump arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət əsnasında Amerika lideri Rusiyaya meşə yanğınlarına qarşı mübarizədə kömək etməyi təklif edib.

Rusiya prezidenti Trump-a belə diqqətli münasibət və kömək və dəstək təklifi üçün səmimi təşəkkürünü bildirib.

Putin, zərurət olduqda Trumpın təklifindən faydalanacağını əlavə edib və Sibirdə yanğınlarla mübarizə üçün güclü bir hava qrupunun qurulduğunu bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Putin ilə Trump arasında telefon danışığı olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ