Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniya hökuməti turizm sektorunda 100 mindən çox iş yeri yaratmaq niyyətindədir

İspaniya hökuməti turizm sektorunda 100 mindən çox iş yeri yaratmaq niyyətindədir

Tarix: 7 May 2021 21:48

İspaniyanın Avropa İttifaqı iqtisadiyyatının bərpası üçün fondlardan cəlb etdiyi investisiyalar, eyni zamanda, turizm sektorunun modernləşdirilməsinə və rəqabət qabiliyyətinin artırılmasına yönəldiləcək, bu da turizm sahəsində 100 mindən çox yeni iş yeri yaratmağa imkan verəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Brüsseldə Avropa İttifaqının sammitində əldə edilmiş razılaşmaya əsasən, İspaniya Avropa İqtisadiyyatının Bərpası Fondundan 140 milyard avro alacaq. İspaniya hökumətinin hesablamalarına görə, bu vəsait üç il ərzində 800 min yeni iş yerinin açılmasına sərf ediləcək. Turizm sektorunun iqtisadiyyatda payı (12,7 faiz) nəzərə alınmaqla iş yerlərinin 10 faizdən çoxu bu sektorda yaradılacaq. İlkin hesablamalara görə turizm sektoruna 3,4 milyard avro investisiya qoyulması planlaşdırılır.

2023-cü ilədək İspaniya hökuməti 45 turizm layihəsinin hazırlanmasını, tarixi irsin turizm sahəsində istifadə məqsədilə qorunması və bərpası üçün davamlı layihələrin maliyyələşdirilməsini və 50 tarixi irs obyektinin yenidən qurulmasını nəzərdə tutur.


Etiketlər:  İspaniya hökuməti turizm sektorunda mindən çox yeri yaratmaq niyyətindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ