Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İncimizə qovuşduq

İncimizə qovuşduq

Tarix: 8 May 2021 10:09

Bu gün 8 maydır - 28 il (1992) içimizi sızladan, bir xalqın, bir millətin qürurunu ondan alan, dilimizi gödək edən 8 may. Amma artıq bu tarixi Şuşanın işğalı kimi yad etməyəcəyik, "Şuşanın işğalından 29 il ötür" deməyəcəyik. Çünki, Şuşa, sən azadsan, biz qayıtdıq. Vətən müharibəsində qələbəmizdə əsas pay sahibi olan 8 noyabr tarixindən (Şuşanın işğaldan azad edildiyi gün) bəri bu fikirləri yazmaq üçün səbirsizliklə gözləyirdim. Xüsusi ilə Şuşanın işğalı xalqımıza, millətimizə qarşı yönəldilmiş ağır bir zərbə olmuşdu. O qara günlərdən, qanlı tarixin 28 illik ömrü ərzində hər zaman təkcə Şuşalıların ürəyində deyil, bütün Azərbaycanın qəlbində sönməz Şuşa yanğısı, başı qarlı dağların nisgili, Cıdır düzünün həsrəti var idi. Necə ki, Şuşa da öz sakinlərindən ayrı boynu bükük, xarı bülbülü solğun, səması qara buludlar içində qalmışdı. Amma o ağrı, acılar bitdi...

Hər bir xalqın həyatında elə şəhərlər, elə yerlər olur ki, o yerlər, o şəhərlər həmin xalqın qürur və fəxarət mənbəyi olur. Şuşa azərbaycanlılar üçün belə yerlərdən, belə şəhərlərdəndir. 

Bu xalq, dövlət, bu ordu bütün çətinliklərin öhdəsindən özü gəldi, Azərbaycanın qəhrəman övladlarının canı-qanı bahasına, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Şuşa həsrəti, Qarabağ həsrəti bitdi. Azadlığa çıxan Şuşa türməsi qədər sevincliyəm. Çünki Şuşa arzusu ilə qəlbi qubar bağlayıb, bu günün həsrəti ilə dünyadan köçənlər gördük. Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı və hərbi-strateji əhəmiyyətə malik qədim şəhər artıq gerçək sahibindədir. 

Ötən ilin 27 sentyabrda başlayan II Qarabağ müharibəsinin gedişində dünyanın bir çox nüfuzlu medi qurumlarına müsahibələr verən Prezident İlhamə Əliyevin Türkiyənin "A Haber" televiziya kanalının jurnalistinin sualına cavab olaraq "Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar"açıqlaması Azərbaycanın hədəfini daha açıq bəyan etmiş oldu. Çünki Prezident İlham Əliyev də Ulu öndər Heydər Əliyev kimi çox yaxşı anlayırdı ki, Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün,
vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur".

Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyev milli və dövlətçilik maraqlarını daim üstün tutaraq müxtəlif çıxışlarında bəyan edirdi ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisi doğma yurdlarına, doğma Şuşaya qayıdacaq. Ali Baş Komandan həm Heydər Əliyevə verdiyi sözü, həm də 2018-ci ildə Azadlıq Meydanında Silahlı Qüvvələrimizin hərbi paradı zamanı verdi sözü tutdu. Necə ki, dövlət başçısı bunu Azərbaycanın işğala son qoymasında həyati əhəmiyyət kəsb edən Şuşanın azad edildiyi gün - 2020-ci ilin 8 may tarixində dövlət başçısının Şuşa Zəfərini elan edərkən "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim" ifadəsi Şuşanın nə qədər önəmli, əvəzedilməz əhəmiyyətə malik olduğunu sübut etdi. Bu çıxış Azərbaycan xalqının küçələrə axın etməsinə, uşaqdan böyüyə bu xoşbəxt anları bölüşməyə fürsət yaratdı. 

Şuşa şəhəri özü unikal olduğu qədər, onun düşməndən azad edilməsi də unikal və fantasik oldu. Noyabrın 7-dən 8-nə keçən gecə Azərbaycanın igid övladları heç bir ağır texnikanın, pilotsuz uçuş aparatlarının qalxa bilmədiyi yüksəklikdəki "alınmaz qala"nı erməni işğalından azad etmək üçün çox çətin missiyanın öhdəsindən uğurla gələrək bu sevinci əbədi olaraq Azərbaycan xalqına, türk millətinə yaşatdılar. 

Noyabrın 10-da isə bütün bu şanlı zəfərlərin məntiqi nəticəsi olaraq, Azərbaycan Ermənistan üzərində layiq olduğu və haqq etdiyi qələbəni qazandı. Bu tarixi qələbənin Bakıda, eləcə də Azərbaycanımızın hər bir guşəsində nə qədər böyük coşğu ilə qeyd edildiyinin şahidi olduq.

Deyərdim ki, Şuşanın azad edilməsi ilahi ədalətin bərəqrar olmasına səbəb oldu. Belə ki, 1992 ci ilin mayında Şuşanın işğalına rəhbərlik etmiş "komandos" ləqəbli Arkadiy Ter Tadevosyan Şuşaya sahibinin qayıtdığını eşitdi və buna çox dözə bilmədi - cəmi 4 ay sonra (31 mart 2021 ci ildə) gəbərdi. "Şuşanı güc yox, ağılla götürmüşük deyib", bizə uzun illər acıq verən Samvel Babayanın isə zəbt etdikləri şəhəri 2020-ci ilin noyabrında qorumağa nə ağlı, nə də gücü çatdı - o, Şuşa fəthindən bir neçə gün öncə "Qala"dan qaçdı. 1992 ci ilin mayında Şuşaya qalib kimi girən Robert Köçəryan da bu gün Şuşanı görmək hüququndan məhrumdur. İndi o mədəniyyət paytaxtını ancaq xəyallarında canlandıra bilər. u faktlar bir daha təsdiq edir ki, "İlahi ədalət" deyilən anlayış təsəlli deyilmiş. 

Təhməz Əsədov


Etiketlər:  İncimizə qovuşduq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ