Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaqatalada əsgər özünü güllələyib

Zaqatalada əsgər özünü güllələyib

Tarix: 8 May 2021 11:24

Zaqatalada hərbi hissədə intihar olub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü İbrahim Quliyev silahdan atəş açaraq, özünü öldürüb.

Dövlət Sərhəd Xidmətindən (DSX) APA-ya faktı təsdiqləyiblər.

Bildirilib ki, DSX rəisinin göstərişi ilə müavini, Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov hazırda həmin hərbi hissəyə ezam olunub, Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.


Etiketlər:  Zaqatalada əsgər özünü güllələyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ