Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşanın yəhudi səddi - Qaqik Avşaryan necə məhv edildi?

Şuşanın yəhudi səddi - Qaqik Avşaryan necə məhv edildi?

Tarix: 8 May 2021 16:34

"Onun yeganə sevmədiyi, hətta deyərdim ən nifrət etdiyi şey - aqressiya, özündən zəiflərə qarşı təhqiredici münasibət idi".

Sonxeber.net "bizim.media"ya istinadən xəbər verir ki, bu sözlər I Qarabağ müharibəsi şəhidi Albert Aqarunovun qardaşı Rantikə məxsusdur. O, şəhid qardaşını belə təsvir edirdi.

Suraxanıda yəhudi ailəsində doğulan Albert Gürcüstandakı hərbi xidmətindən sonra Suraxanı maşınqayırma zavodunda çalışıb. Qarabağ müharibəsi başlayan kimi ailəsindən gələn bütün etirazlara rəğmən könüllü olaraq cəbhəyə yollanıb.

Şuşada 777 nömrəli xüsusi batalyonda xidmət edib. Aqarunov 1992-ci il mayın 8-i Şuşaya ilk girib bayraq sancmaq istəyən erməni tankının işğalçı arzusunu ürəyində qoyub.

Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan ilə birlikdə məhv edilib. Sözügedən ermənilər və tank İrəvan üçün "şücaət" yadigarı olduğu üçün onu təpənin başında Şuşaya tuşlanmış formada saxlayırdılar.

Ermənilər Albertin başına 5 milyon rubl pul qoymuşdular. Aqarunov Xankəndi, Daşaltı və Cəmilli istiqamətlərində də çoxsaylı separatçını məhv edib. 1992-ci il mayın 8-də Şuşada gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və şəhid olub. Şəhidlər Xiyabanında dəfn edilib.

Bakıda təhsil aldığı 154 saylı məktəb və küçələrdən biri onun adını daşıyır. Əmircanda yaşamış olduğu binada xatirə lövhəsi var. 2019-cu ildə Bakının Nərimanov rayonunda ona heykəl ucaldılıb. 

Allah rəhmət eləsin - Şəhidlər ölməz, vətən bölünməz...


Etiketlər:  Şuşanın yəhudi səddi Qaqik Avşaryan necə məhv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ