Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tərlan Əhmədov futbolçularından razıdır

Tərlan Əhmədov futbolçularından razıdır

Tarix: 1 Avqust 2019 13:00

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində qardaş ölkənin birinci liqa təmsilçisi "Osmanlıspor"la qolsuz bərabərə qaldıqları oyunu şərh edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, komandasın sərgilədiyi oyundan razı qaldığını bildirib:

"Futbolçuların oyunda nizam-intizamı yaxşı səviyyədə idi. Baxmayaraq ki, məşqlərdə həm də ağır yükləmələr olur, komanda güclü komandaya qarşı yaxşı oyun sərgilədi, yaxşı mübarizə apardı. Birinci hissədə hətta hesabda irəli çıxa bilərdik. Ümumilikdə, futbolçuların nümayiş etdirdikləri səviyyədən razı qaldım”.

 


Etiketlər:  Tərlan Əhmədov futbolçularından razıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ