Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaraları sağaldır, qrip əleyhinə işlədilir, görmə qabiliyyətini artırır... Soğan şirəsinin bilmədiyimiz faydaları

Yaraları sağaldır, qrip əleyhinə işlədilir, görmə qabiliyyətini artırır... Soğan şirəsinin bilmədiyimiz faydaları

Tarix: 9 May 2021 21:09

Soğan şirəsi təbabətdə müxtəlif yaraları tez bitişdirib sağaldan, qrip əleyhinə, bəlğəmgətirən, sidikqovucu, işlətmə zamanı, babasilə qarşı dərman kimi məşhurdur. Bu şirədən müntəzəm istifadə etsəniz dişlərinizi möhkəmləndirər və saçlarınızın tökülməsinin qarşısını ala bilər.

Sonxeber.net bildirir ki, bunu AZƏRTAC-a biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Əsgərov soğan şirəsinin faydalarından danışarkən deyib.

O qeyd edib ki, soğan şirəsi, həmçinin həzmi və iştahanı yaxşılaşdırır, gözlərin görmə qabiliyyətini artırır. Əgər böyrəkdə daş xəstəliyi varsa, bu zaman oradan qumun sorulmasına yardım edir. Bu şirə, eyni zamanda, möhkəm zökəm, arıqlama, başağrısı və çibanlara qarşı da dərman kimi məsləhət görülür.

Soğan çox faydalı tərəvəzdir. Lakin tək soğan deyil, onun qabıqları da çox faydalıdır.

Soğan qabığı insanın:

- immun sistemini möhkəmləndirir;

- iltihab əleyhinə və antiseptik təsirə malikdir;

- aterosklerozla mübarizə aparır;

- ürək əzələsinin və damarların tonusunu artırır;

- qan dövranını yaxşılaşdırır;

- qanda xolesterinin səviyyəsini azaldır;

- sidik və öd qovucu təsir edir;

- qadınlarda və kişilərdə sidik-cinsiyyət sistemi iltihabları, qadınlarda menstruasiya funksiyasının pozulması zamanı yaxşı təsir edir;

- orqanizmi şlaklardan və toksinlərdən təmizləyir;

- yaraların, yanıqların daha tez sağalmasına kömək edir;

- xərçəng əleyhinə təsir edir və s.

Ələmdar Əsgərovun sözlərinə görə, soğan dəmləməsi təbabətdə geniş istifadə olunur. Dəmləməni hazırlamaq üçün xırda doğranmış 2 xörək qaşığı soğan qabıqlarının üzərinə 400 ml qaynar su əlavə olunur və 15 dəqiqə ərzində dəmdə qalır. Daha sonra dəmləmə soyudulur və süzülür.

Bu dəmləmə aşağıdakı hallarda uğurla istifadə oluna bilər:

- angina zamanı qarqara şəklində;

- bronxit zamanı (1 xörək qaşığı soğan qabıqları dəmləməsi + 1 xörək qaşığı bal isti südə əlavə olunur və axşam yatmazdan əvvəl içilir);

- soyuqdəymə zamanı (2 xörək qaşığı soğan qabığı dəmləməsinə 1 çay qaşığı bal əlavə olunur və gündə 3 dəfə qəbul olunur);

- yaz və payız avitaminozları zamanı (1 stəkan soğan qabığı dəmləməsi + 1/2 stəkan limon şirəsi qarışdırılır və gün ərzində 2 dəfə yeməkdən sonra 1/3 stəkan içilir). Müalicə kursu 21 gündür;

- damaqların iltihabları zamanı (Dəmləmə ilə gün ərzində 3 dəfə qarqara edilir);

Soğan qabığı digər xəstəliklər və pozulmalar zamanı da uğurla istifadə edilir. İstifadədən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.


Etiketlər:  Yaraları sağaldır qrip əleyhinə işlədilir görmə qabiliyyətini artırır Soğan şirəsinin bilmədiyimiz faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ