Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2021 21:45
Revmatoid artrit iltihablı artrit növü olduğu üçün iltihabı ağırlaşdıran məhsullardan imtina etmək tövsiyə edilir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər bu xəstəlikdən əziyyət çəkənlərə mümkün qədər emal edilməmiş məhsullara üstünlük verməyi tövsiyə edir.
Amerikanın Artrit Fondu tərəvəz, meyvə, qoz-fındıq, lobya və balıq ilə zəngin pəhrizin revmatoid artritdən əziyyət çəkən insanlar üçün faydalı olduğunu ehtimal edir. Bu pəhrizə, həmçinin balıq yağı, qoz, toyuq əti, müxtəlif ədviyyatlar, xüsusilə zəncəfil və karri əlavə edilməlidir.