Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir dövlət büdcəsinin icrası ilə bağlı göstəriciləri açıqladı

Nazir dövlət büdcəsinin icrası ilə bağlı göstəriciləri açıqladı

Tarix: 1 Avqust 2019 13:21

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin dövlət büdcəsinin 6 aylıq icrasının göstəriciləri ölkə iqtisadiyyatında baş verən dinamik prosesləri təsdiqləyir.

Trend-in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

Nazir bildirib ki, dövlət büdcəsinin xərcləri 100,2 faiz səviyyəsində icra olunub – 10 milyard 951 milyon manat:

“Dövlət büdcəsinin gəlirləri isə 10 milyard 406 milyon manat məbləğində icra edilib. Dövlət büdcəsinin xərcləri artıqlaması ilə icra olunub. Büdcəni əsas təmin edən orqanlar, yəni Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən proqnoz göstəriciləri 108 faiz icra olunub. Çox yüksək göstəricilərdir.

Vergilər Nazirliyinin xətti ilə yaxşı göstəricilərin biri də ondan ibarətdir ki, vergi daxilolmalarının 70 faizini qeyri-neft gəlirləri təşkil edib. Sair daxilolmalarda da vəziyyət qənaətbəxşdir, yəni büdcədən kənar daxilolmalar olub. Biz gözlədiyimiz templərdən bir qədər aşağı olsa da, ümid edirik ki, ilin sonuna bu vəziyyət tam düzələcəkdir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazir dövlət büdcəsinin icrası ilə bağlı göstəriciləri açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ