Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə maskadan istifadə ləğv edildi

Bu ölkədə maskadan istifadə ləğv edildi

Tarix: 11 May 2021 14:28

Çex Respublikasında açıq havada maska taxma məcburiyyəti ləğv edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qərar ölkədə koronavirusla bağlı vəziyyətin yaxşılaşması ilə əlaqədar verilib.

İnsanlardan yalnız sıx toplaşdırları yerdə, məsələn, dayanacaqlarda maska taxmaq tələb olunur.
Eyni zamanda, mağazalar, turizm agentlikləri və əhaliyə məişət xidməti göstərən digər müəssisələr maksimum sanitariya və epidemioloji təhlükəsizlik tədbirlərinə riayət etməklə fəaliyyətlərini bərpa ediblər.

Çex Respublikasında koronavirusa qarşı 27 dekabr 2020-ci ildə başlayan vaksinasiya nəticəsində 2 596 197 nəfərə peyvənd vurulub.

Ölkədə 1 645 061 nəfərdə koronavirus qeydə alınıb, 29 667 nəfər virusdan ölüb.
 

Milli.Az


Etiketlər:  ölkədə maskadan istifadə ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ