Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2021 21:52
Türkiyə Super Liqasının 41-ci turunda "Dənizlispor"la səfər oyunu "Qalatasaray"ın baş məşqçisi Fatih Terim üçün əlamətdar olub.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, "cim-bom" 67 yaşlı mütəxəssisin rəhbərliyi altında ölkə çempionatında 400-cü matçına çıxıb.
Futbol üzrə Avropa çempionatı zamanı Bakıya gələcək əcnəbilərə viza verilməsi qaydası müəyyənləşib
"Sabah"ın məşqçisi 5 oyunluq cəzalandırılıb
Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarının hakimləri açıqlanıb
Terim 1996-cı ildən 4 müxtəlif dönəmdə "sarı-qırmızılılar"ın sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında keçirdiyi 399 görüşün 251-də qələbə qazanıb, 91-də heç-heçə edib, 57 məğlubiyyət alıb. Bu oyunlarda 831 qol vuran İstanbul təmsilçisi özü 374 dəfə mərkəzə dəvət olunub.
Fatih Terim "Qalatasaray"a 8 dəfə Super Liqa çempionluğunu, 3 dəfə Türkiyə kubokunu, 3 dəfə Türkiyə Superkubokunu, 1 dəfə də UEFA Kubokunu qazandırıb.