Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2021 18:27
18:25
Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunub.
Bu barədə APA-ya müğənninin oğlu Səbuhi Ağayev məlumat verib. O, atasının bu gün İstanbulda əməliyyat olunduğunu deyib: "Beş saata yaxın davam edən əməliyyat uğurla yekunlaşıb. Hazırda atam narkozdan ayılıb və səhhəti yaxşıdır".
Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkir.
--------
12:08
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev bu gün əməmliyyat olunacaq.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə xəstəxanadan görüntüsünü yayımlayıb.
A.Ağayev əməliyyata girdiyini bildirib. "Rəbbim sizləri qorusun. Xəstələrimizə şəfa, dərdlərimizə dərman olsun. Dualarınız üçün çox minnətdaram. Allaha əmanət olun" deyə, müğənni paylaşımında yazıb.
Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Ağayev İstanbulda xəstəxanaya yerləşdirilib. O, bu gün ikinci dəfə əməliyyata girəcək.