Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan koronavirusa qarşı ''Sinovac'' vaksininin tətbiqinə başlayır

Gürcüstan koronavirusa qarşı ''Sinovac'' vaksininin tətbiqinə başlayır

Tarix: 13 May 2021 15:54

"Yeni növ koronavirus (COVID-19) əleyhinə Çin istehsalı olan "Sinovac" vaksininin tətbiq edilən digər vaksinlərdən daha az yan təsirləri var".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib. Bildirib ki, ÜST-ün vaksinlə bağlı ilkin qiymətləndirməsində onun "kifayət qədər yaxşı" olduğu qeyd olunub.

A. Qamkrelidze qeyd edib ki, dünyada 100 milyondan çox adamın peyvəndlənməsində istifadə edilən "Sinovac" vaksininin Gürcüstanda tətbiqinə gələn həftədən başlanacaq.

Qeyd edək ki, Çin ötən ay Gürcüstana 100 min doza "Sinovac" vaksini hədiyyə edib.


Etiketlər:  Gürcüstan koronavirusa qarşı Sinovac vaksininin tətbiqinə başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ