Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən populyar mobil proqramlar məlum olub

Ən populyar mobil proqramlar məlum olub

Tarix: 13 May 2021 21:16

"Sensor Tower" tədqiqat firması 2021-ci ilin aprel ayı üçün ən çox yüklənən mobil proqramlar haqqında hesabat dərc edib. Statistikaya görə, istifadəçilər əsasən populyar mobil proqramları yükləyirlər, "iOS" və "Android" istifadəçiləri arasında fərq cüzidir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, apreldə ən çox yüklənən mobil tətbiq "TikTok" sosial şəbəkəsi olub. "Facebook", "Instagram", "WhatsApp" və "Messenger" isə növbəti yerləri tutublar. İlk onluğa, həmçinin "Snapchat" sosial şəbəkəsi, "ZOOM" videokonfranslar xidməti, "Telegram" messenceri, "CapCut" videoredaktoru və "Google Meet" videozənglər xidməti daxil edilib.

Əgər platformalar üzrə nəzərdən keçirsək, onda "iOS" sistemində ən çox yüklənən mobil tətbiq "TikTok", "Android"də isə "Facebook" olub. "Alma" qurğularının sahibləri, həmçinin çox vaxt "Google"un müxtəlif xidmətlərini (məsələn, "YouTube", "Gmail" və "Google Maps") yükləyirlər.

Milli.Az


Etiketlər:  Ən populyar mobil proqramlar məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ