Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2021 10:20
"Uşaqlarda 3 gün davamlı hərarət varsa, həkimə müraciət etmək lazımdır. Hərarətlə yanaşı səpkilər, baş ağrıları və ishal müşahidə olunursa, həkim nəzarəti ilə müalicəyə başlamaq lazımdır".
Sonxeber.net xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" verlişində qonaq olan həkim Aytən Ziyadova bildirib.
O əlavə edib ki, valideynlər qəti şəkildə özbaşına dərmanlardan istifadə etməməlidir: "Bəzən yersiz müalicə uşaqlarda böyrəklərin zədələnməsinə gətirib çıxarır".