Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2021 13:10
Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 1,2,3,4-cü dalan küçələrinin hələ də kanalizasiya xətləri yoxdur.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, sakinlər keçmişdə olduğu kimi həyətlərdə quyu qazıb, çirkab suları ora axıdır.
60-dan çox ailənin yaşadığı 4 küçədə ümumiyyətlə kanalizasiya xətləri yoxdur. Sakinlər məcburiyyətdən çirkli suları həyətlərində qazdıqları quyulara axıtmalı olurlar. Bu isə həm anti-sanitariyadır, həm də küçənin azyaşlı sakinləri üçün təhlükəlidir.
Həyətlərdəki quyulara axan, küçələrdə üfunət qoxan çirkab sularını sakinlər xüsusi avtomobillərlə çəkdirir, ama bu da problemin həllinə kömək olmur. Yağış yağanda isə burada daha da acınacaqlı vəziyyət yaranır.
Heydər Əliyev prospektinin 4 küçəsində yaranan mövcud vəziyyətlə bağlı Mingəçevir Sukanal İdarəsindən bildirildi ki, ərazidə işlərə yaxın vaxtlarda başlanacaq. Həmin 4 küçənin daşıyıcı xətləri çəkiləcək və ana xəttə qoşulacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: