Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2021 14:04
Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda içməli su problemi yaşanır.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, sakinlər 3 aydır ki, içməli su üzünə həsrət qalıblar.
Onlar suya olan ehtiyaclarını əllərində vedrə ilə kilometrlərlə məsafə qət edərək ödəməyə çalışırlar.
Elşən Məhərrəmli küçəsində yataqxana tipli ikimərtəbəli binada yaşayan 30-40 ailə deyir ki, təxminən 3 aydır içməli suları kəsilib.
Əlacsız qalan sakinlər suya olan tələbatlarını bir çox hallarda su satan xüsusi avtomobillərdən 15-20 manata almaqla ödəyirlər. Bu su da sakinlərə cəmi 3 gün çatır.
Qəsəbənin digər ərazilərində də içməli su problemi yaşanır. Su sakinlərə uzun fasilələrlə verilir.
Məsələ ilə bağlı ''Azərsu'' Açıq Səhimdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı ''Xəzər Xəbər''ə bildirdi ki, həmin əraziyə su qrafik rejimi ilə verilir.
"Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları həmin ərazidə təftiş aparırlar və gələcəkdə sözügedən ünvanda yaşayan sakinlər fasiləsiz su ilə təmin olunacaqlar",- deyə qurumun sözçüsü bildirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: