Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki futbolçumuz İspaniyaya baxışa yollanıb

İki futbolçumuz İspaniyaya baxışa yollanıb

Tarix: 1 Avqust 2019 18:32

Bakı. Trend:

“Qəbələ” klubunun üzvləri Gülağa Əsədov və Mehrac Baxşəliyev AFFA-nın dəstəyi ilə İspaniyanın “Malaga” Futbol Klubunun Akademiyasında bu gündən etibarən avqustun 31-ə qədər baxışda olacaqlar.

Trend-in məlumatına görə, AFFA İcraiyyə Komitəsinin 3 iyun 2019-cu il tarixli iclasında xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərcinin AFFA tərəfindən ödənilməsi barədə qərar qəbul olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İki futbolçumuz İspaniyaya baxışa yollanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ