Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2021 17:54
Ermənistanda yeni seçki bloku yaradılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, keçmiş prezident Serj Sarkisyanın rəhbəri olduğu Respublika və Artur Vanetsyanın sədrlik etdiyi Vətən partiyaları "Şərəf duyuram!" seçki blokunun yaradılması barədə anlaşma memorandumu imzalayıb.
Mərasimdən əvvəl Respublika Partiyasının sədri Serj Sarkisyan namizədliyini hansı səbəbdən irəli sürməməsi barədə sualı cavablandırıb. O bildirib ki, budəfəki marafona qoşulmaması seçki prosesində ümumiyyətlə iştirak etmədiyi anlamına gəlmir: "Seçki siyahısında adım ona görə yoxdur ki, hər hansı yüksək vəzifəyə iddia etmirəm. Hesab edirəm ki, mənim üçün bu səhifə artıq qapanıb. Adları bu siyahıda olanlar hökumətdə vəzifə tutmağa iddialıdırlar, mən isə yox".