Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

I sinfə qəbul üzrə elektron portalın fəaliyyəti yenidən aktivləşib

I sinfə qəbul üzrə elektron portalın fəaliyyəti yenidən aktivləşib

Tarix: 16 May 2021 10:56

Birinci sinfə şagird qəbulu üzrə elektron portalın (www.mektebeqebul.edu.az) fəaliyyəti yenidən aktivləşib.

Təhsil Nazirliyindən Sonxeber.net-a verilən xəbərə görə, bayram günləri ilə əlaqədar portalın fəaliyyəti mayın 8-i saat 18.00-dan müvəqqəti dayanmışdı. Portal fəaliyyətini bu gün saat 09:00-dan aktivləşdirib.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.


Etiketlər:  sinfə qəbul üzrə elektron portalın fəaliyyəti yenidən aktivləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ