Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Basarkeçərin Zərkəndində yaşayan ermənilər də qorxuya düşüb - FOTOlar

Basarkeçərin Zərkəndində yaşayan ermənilər də qorxuya düşüb - FOTOlar

Tarix: 16 May 2021 17:10

Basarkeçər rayonunun (indiki Geğarkunik vilayəti) Zərkəndində (indiki Kut) yaşayan ermənilər bərk qorxuya düşüb.

Milli.Az bizim.media-a istinadən xəbər verir ki, bu haqda məlumatı "armeniasputnik.am" saytı yayıb.
Mənbə yazır ki, guya kənddəki mülki obyektlər Azərbaycan hərbçiləri tərəfindən hədəfə alınıb.
Onların fikrincə, yerli sakinlərin, xüsusən uşaqların hüquqları kobud şəkildə pozulub. Ermənistan Ombudsmanı Arman Tatoyan kəndə səfərinin ilkin nəticələrini yekunlaşdıraraq "Facebook"da paylaşım edib.

Tatoyanın sözlərinə görə, sakinlərin bir çoxu otlaqdan, torpaq sahələrini suvarmaq üçün su mənbələrindən istifadə edə bilmir.

Ermənistan Ombudsmanı Azərbaycanla sərhəddə təhlükəsizlik zonası yaratmağın zəruriliyini deyib.

Xatırladaq ki, Göyçə gölünün cənub-şərq sahilindən 18 km aralıda yerləşən Basarkeçərin Zərkəndində 1988-ci ilədək azərbaycanlılar yaşayıb.

Milli.Az


Etiketlər:  Basarkeçərin Zərkəndində yaşayan ermənilər qorxuya düşüb FOTOlar


RƏYLƏR