Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 17:30
Türkiyənin məşhur müğənnisi Kibariyə villasını satır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb sənətçinin həyat yoldaşı Ali Küçükbalçıkın böyük məbləğdə qumar borcunun olmasıdır.
Bodrumun Gündoğan ərazisindəki malikanə 5 milyon TL-yə alıcı gözləyir. Kibariyə sözügedən mülkü satmaqla 3, 8 milyon lirəlik borclarını ödəmək niyyətindədir.
"Alinin qumar və ticarət həyatından borcları ola bilər. Oynadı, keçdi, bitdi ... Mənim ərimdir. Pul yenidən qazanılar. Ancaq ailədə sağlamlıq, dinclik və xoşbəxtlik hər şeydən daha vacibdir",- deyə ifaçı bildirib.