Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 18:26
Bakıda başına dəmir parçası düşərək ölən qadınla bağlı bir nəfər istintaqa cəlb olunub.
Sonxeber.net bildirir ki, həmin cinayət işinin istintaqı başa çatıb və Hüseynov Cavid Həsrət oğlu həmin üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
İşə hakim Solmaz Mustafayevanın icraatında baxılacaq.
Qeyd edək ki, bədbəxt hadisə bu il martın 7-də qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızı qeyd edilən ünvanda piyada hərəkətdə olan zaman Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılmış dəmir lövhələrdən birinin güclü küləyin təsirindən uçaraq onun üzərinə düşməsi nəticəsində ölüb.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.