Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Praqada Aİ-nin Kosmik Proqram Agentliyi fəaliyyətə başlayıb

Praqada Aİ-nin Kosmik Proqram Agentliyi fəaliyyətə başlayıb

Tarix: 17 May 2021 09:21

Praqada Avropa İttifaqının Kosmik Proqram Agentliyi (EUSPA) fəaliyyətə başlayıb. O, baş ofisi 2012-ci ildən Çexiya paytaxtında yerləşən və “EUSPA” mənzil-qərargahına çevrilən Avropanın “Galileo” Peyk Naviqasiya Sistemi Agentliyinin əsasında yaradılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, yeni agentliyin icraçı direktoru, Avropanın “Galileo” Peyk Naviqasiya Sistemi Agentliyinin əvvəlki rəhbəri Rodriqo da Kostanın sözlərinə görə, “EUSPA” Avropa İttifaqının kosmik proqramının və cəmiyyətin kainatın mənmsənilməsi üzrə iddialarının icrasında əsas rol oynayacaq.

 

O qeyd edib ki, “EUSPA” Avropa İttifaqının kosmik tədqiqatlara artan investisiyalarının səmərəliliyini optimallaşdıracaq. “Bu məqsədə kosmik proqramın ayrı-ayrı komponentləri arasında, ilk növbədə naviqasiya və Yerin müşahidəsi sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi sayəsində nail olunacaq. Elm və iqtisadiyyatın geniş sahələri çərçivəsində innovasiyaların stimullaşdırılması vəzifə kimi qarşıya qoyulub”, - Rodriqo da Kosta vurğulayıb.

 

Avropa İttifaqının Kosmik Proqram Agentliyinin əməkdaşlarının sayı 600 nəfər təşkil edəcək. Hazırda orada Avropanın “Galileo” Peyk Naviqasiya Sistemi Agentliyindən yeni struktura köçürülən 200 ekspert çalışır. Agentlik üçün yeni binanın inşası planlaşdırılır. Hazırda onun mənzil-qərargahı Praqanın Holeşovis rayonunda yerləşir.

 

Nizam Nuriyev




Etiketlər:  Praqada nin Kosmik Proqram Agentliyi fəaliyyətə başlayıb


RƏYLƏR