Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2021 15:36
“IBM” şirkətinin tədqiqatçıları tərəfindən zəif görən insanlar üçün hazırlanmış unikal proqram insanlar arasında sosial məsafənin təyin edilməsi üçün smartfonun kamerasından istifadə edir. Yeni proqram artıq yüksək effektivlik nümayiş etdirir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.to” saytına istinadən yazır ki, görmə qüsuru olmayan insan yaxınlığında olan insanlarla arasındakı məsafəni asanlıqla təyin edir. “IBM” komandası bunu zəif görənlər üçün də reallaşdırmağa cəhd edib. Süni intellekt texnologiyaları əsasında işləyən “LineChaser” proqramı smartfonun kamerası və infraqırmızı sensorundan istifadə edərək onun sahibinin irəliyə hərəkət edib-etməməsini müəyyənləşdirir.
Smartfon zəif görən istifadəçinin kiməsə çox yaxınlaşdığını qeydə alan kimi siqnal çalır. Bu, gəzinti və mağazada alış-veriş vaxtı koronavirusa yoluxma riskini minimuma endirir. Birinci testlər nəticəsində məlum olub ki, “LineChaser” tətbiqindən istifadə 91,7% halda münasib sosial məsafəni qorumağa imkan verir.
Emil Hüseynov