Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İki güləşçimiz AÇ-nin yarımfinalında

İki güləşçimiz AÇ-nin yarımfinalında

Tarix: 17 May 2021 17:24

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxıb.

Əliabbas Rzazadə ilk mərhələni güləşmədən adlayıb. Buna səbəb yerli güləşçinin xalçaya çıxmaması olub. 1/4 finalda Türkiyə idmançısını vaxtından əvvəl üstələyən həmyerlimiz yarımfinala yüksəlib. 
Zirəddin Bayramov ilk görüşdə rusiyalı rəqibinə uduzub.

Cəbrayıl Hacıyev Avropa çempionatına Gürcüstan pəhləvanı üzərindəki qələbəylə start verib. İsveçrə təmsilçisinə də heç bir şans tanımayan Hacıyev adını yarımfinala yazdırıb.

İslam İlyasov debütdə Rusiya güləşçisinə məğlub olub.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

57 kq
1/8 final: Əliabbas Rzazadə - Beşir Alili (Şimali Makedoniya) +:-
1/4 final: Əliabbas Rzazadə - Hafiz Can Hasdemir (Türkiyə) 12:2
1/2 final: Əliabbas Rzazadə - Simyone Piroddu (İtaliya) 

65 kq
1/8 final: Zirəddin Bayramov - Abdulməcid Kudiyev (Rusiya) 3:5

70 kq
1/8 final: Cəbrayıl Hacıyev - Georgi Elbakidze (Gürcüstan) 4:2
1/4 final: Cəbrayıl Hacıyev - Tobias Portman (İsveçrə) 9:2
1/2 final: Cəbrayıl Hacıyev - İnalbek Şeriyev (Rusiya)

97 kq
1/8 final: İslam İlyasov - Aslanbek Sotiyev (Rusiya) 1:3

Milli.Az


Etiketlər:  İki güləşçimiz nin yarımfinalında


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ