Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki xəstəxanada xəstələrin qidalanması ilə bağlı tələblər pozulub - VİDEO

İki xəstəxanada xəstələrin qidalanması ilə bağlı tələblər pozulub - VİDEO

Tarix: 18 May 2021 16:36

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) iki xəstəxanada kobud pozuntular aşkarlayıb.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, yoxlamalar zamanı Xaçmaz Rayon Mərkəzi Xəstəxanası və Siyəzən Müalicə Diaqnostika Mərkəzində xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunub.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkimi Ayaz Fərzəliyev Agentliyin aşkarladığı nöqsanları qəbul etmir.

Siyəzən Müalicə Diaqnostika Mərkəzinin direktoru Dadaş Hümbətov da yoxlamalardan narazıdır.

Dadaş Hümbətov "Xəzər Xəbər"ə açıqlamasında aparılan yoxlamalarla razı olmadığını bildirib. O, araşdırmaların yenidən aparılmalı olduğunu deyib.

AQTA-nın mətbuat katibi Aysel Fərziyeva isə bildirib ki, yoxlamalarla bağlı faktlar Baş Prokurorluğa təqdim olunub.

Aysel Fərziyeva həyata keçirilən yoxlamaların nəticələrinin yaxın günlərdə açıqlanacağını vurğulayıb.

TƏBİB-dən isə bildirilib ki, səhiyyə müəssisələrində qida təminatı ilə bağlı son 30 il ərzində hər hansı normativ sənəd qəbul edilməyib. Yalnız bu ilin əvvəlindən başlayaraq TƏBİB tərəfindən "Tibb müəssisələrində təqdim olunan pəhriz növləri", "Tibb müəssisələrində qidalanmanın təşkili haqqında" təlimat, "Pandemiya dövründə qidalanmaya dair metodik göstərişlər" və digər sənədlər hazırlanıb və razılaşdırma üçün aidiyyatı qurumlara göndərilib. "Səhiyyə sistemlərində yüksək keyfiyyət standartlarını tətbiq edən ölkələrin təcrübəsi göstərir ki, bu sahədə inkişafa nail olmaq üçün yalnız tibb qurumları deyil, cəmiyyətin bütün sferaları, dövlət qurumları, özəl sektor və vətəndaşlarımız həmrəy olmalıdır",- deyə açıqlamada qeyd olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  İki xəstəxanada xəstələrin qidalanması ilə bağlı tələblər pozulub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ